Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldübackend

Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü

Kürdəmirdə xəstəxanaya gətirilən azyaşlı ölüb.

KONKRET.az xəbər verir ki, hadisə saat 20:00 radələrində qeydə alınıb.

Belə ki, Göygöl sakini, 2023-cü il təvəllüdlü Məmmədov Ramal Ramin oğlu yaxınları ilə avtomobillə Kürdəmir ərazisindən keçərkən halı pisləşib.

Yaxınları onu Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*