backend

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

KONKRET.az Report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik maşını ilə “VAZ-Niva” markalı avtomobil toqquşub. Nəticədə “Niva”nın sürücüsü Şükürov Əfqan Səməd oğlu və onun sərnişinləri – Əliyev Vüqar Xancan oğlu və Qarayev Ayaz Bayılxan oğlu müxtəlif növ bədən xəsarati alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*