Kütləvi davadan sonra vəziyyət stabildir – Qazaxıstan Prezidentibackend

Kütləvi davadan sonra vəziyyət stabildir - Qazaxıstan Prezidenti

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev kütləvi davanın olduğu Jambıl vilayətinin Kordayı bölgəsində vəziyyətin sabitləşdiyini söyləyib.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə o, öz “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, faciəyə yol verən hökumət məmurları cəzalandırılacaq və münaqişəni qızışdıran təxribatçılar “məsuliyyətə cəlb ediləcəklər”.

“Kordayı bölgəsində vəziyyət sabitləşdi” deyə Tokayev yazıb.

O, iğtişaşların qurbanlarına yardım göstəriləcəyini əlavə edib.

Fevralın 8-nə keçən gecə Qazaxıstanda yerli sakinlər arasında kütləvi dava baş vermiş, nəticədə 8 nəfər ölmüş, daha 40 nəfər yaralanmışdır.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*