Küveytdə Əmir IV Sabahın ölümündən sonra onun yerinə yeni əmir təyin olunub.
KONKRET.az xəbər verir ki, vəliəhd şahzadə Nəvaf Əl-Əhməd Əl-Cabir Əs-Sabah ölkənin yeni əmiri olub.
Nazirlər Kabineti Məsələləri üzrə nazir Ənas Xalid əl-Saleh Küveyt Əmirinin ölümü ilə əlaqədar dövlət televiziyasında çıxışı zamanı bildirib ki, Nazirlər Kabineti, Konstitusiyanın 4-cü maddəsinə əsasən, Küveyt Dövlətinin Əlahəzrət Şahzadəsi Şeyx Nəvaf Əl-Əhmədi əmir təyin edib, bununla əlaqədar rəsmi qurumların işi üç gün dayandırılıb və ölkədə 40 günlük matəm elan olunub.
Ölkənin Milli Məclisinin (Parlament) sədri Marzuk əl-Qanem yeni əmirin çərşənbə günü and içəcəyini qeyd edib.
