Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Tərəflər Ukrayna ətrafındakı durumu və son prosesləri müzakirə ediblər.
Qeyd edək ki, martın 10-da Antalyada Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və üçtərəfli görüşü keçirilmişdi. Bu, həmin görüşdən sonra M.Çavuşoğlu və S.Lavrovun ilk telefon danışığıdır.
