“Lazım olsa, Azərbaycana hərbi yardım edəcəyik” – Türkiyənin Xarici İşlər naziribackend

"Lazım olsa, Azərbaycana hərbi yardım edəcəyik” - Türkiyənin Xarici İşlər naziri

“Azərbaycanın hərbi potensialı Ermənistanın hücumlarını dəf etmək üçün yetərlidir”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu “Editör masası” proqramında canlı efirdə deyib.

Çavuşoğlu Ukraynanı, Gürcüstanı dəstəklədikləri kimi Azərbaycanı da dəstəklədiklərini bildirib:

“Biz Krım məsələsində Ukraynanı, həmçinin də Gürcüstanı dəstəkləyirik və biz haqlıyıq. Azərbaycanı da eyni şəkildə dəstəkləyirik. Əgər lazım olsa, kömək edəcəyik, amma indi Azərbaycanın kifayət qədər imkanlarının olduğunu görürük. Onlarla hərbi əməkdaşlığımız var və Azərbaycan ehtiyac duyduğu hər şeyi biz də daxil olmaqla digər ölkələrdən alıb və bu, onun haqqıdır. Döyüş meydanında da ehtiyac yaranarsa, kömək edə bilərik”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*