backend

Lənkəranda ikimərtəbəli ev yandı

Lənkəran şəhərinin Göyşaban kəndində ümumi sahəsi 400 kvadrat metr olan ikimərtəbəli evin (Birinci mərtəbəsi mebel sexi kimi fəaliyyət göstərir) birinci mərtəbəsinin yanar konstruksiyaları və içərisinə yığılan taxta materiallar 40 kvadrat metr sahədə yanıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*