Lənkəranda piyadanı öldürən sürücü polisə təslim oldubackend

Lənkəranda piyadanı öldürən sürücü polisə təslim oldu

Lənkəranda piyadanın ölümünə səbəb olan sürücü özü polisə təslim olub.

KONKRET.az xəbər verir ki, hadisə ötən gün rayonun Vilvan kəndi ərazisində baş verib.

Gecə saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına avtomobil vurması nəticəsində xəsarət almış şəxs gətirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobil vurması nəticəsində dünyasını dəyişmiş şəxsin Viravul kənd sakini, 1965-ci il təvəllüdlü Maşallah Aydın oğlu Hüseynov olduğunu müəyyən ediblər. O, Vilvan kəndindəki restoranda aşpaz işləyirmiş. Hadisə isə M.Hüseynov işdən çıxıb evə gedərkən baş verib.

Piyadanın ölümünə səbəb olan sürücünün kimliyi də bir müddət sonra məlum olub. Hadisəni Lənkəran rayonunun Vilvan kənd sakini, 1975-ci il təvəllüdlü Vüqar Fərzizadə törədib.

O, idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçmək istəyən piyadanı vurub. Sonra özü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışıb. Amma qorxduğu üçün hadisəni özünün törətdiyini heç kimə söyləməyib.

Lakin V.Fərzizadə sonra polisə könüllü təslim olub.(report.az)

10:49

Lənkəranda sürücü piyadanı öldürərək hadisə yerindən qaçıb.

KONKRET.az-ın məlumatına görə, hadisə ötən gün rayonun Vilvan kəndi ərazisində baş verib.

Belə ki, gecə saatlarında yolda hərəkət edən avtomobilin sürücüsü yolda yıxılıb qalan şəxsin olduğunu görüb. Sürücü həmin şəxsin avtomobil vurması nəticəsində xəsarət aldığını ehtimal edib. Həmin şəxsi öz avtomobilinə qoyaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobil vurması nəticəsində dünyasını dəyişən şəxsin Viravul kənd sakini 1965-ci il təvəllüdlü Maşallah Aydın oğlu Hüseynov olduğunu müəyyən edib. O, Vilvan kəndindəki restoranda aşbaz işləyirmiş. Hadisə isə mərhum işdən çıxıb evə gedərkən baş verib.

Hazırda qəzanı törətməkdə şübhəli bilinən sürücünün tapılması istiqamətində araşdırmalar aparılır.“Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*