Liviyanın cənubundakı Beni Valid şəhərində insan tacirləri tərəfindən qaçırılan 195 qeyri-qanuni miqrant xilas edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Liviyanın “February” kanalı bildirib. Xəbərdə 444-cü Briqadanın qaçırılan mühacirləri xilas etmək üçün əməliyyat keçirdiyi, əməliyyatda 23 qadın və 2 uşaq olmaqla 195 qeyri-qanuni miqrantın xilas edildiyi qeyd edilib.
Xilas edilən miqrantların müxtəlif Afrika ölkələrindən Liviyaya qeyri-qanuni daxil olan şəxslərdən ibarət olduğu vurğulanıb. Həmçinin mühacirlərin saxlandıqları müddətdə işgəncələrə, zorlamalara və aclığa məruz qaldıqları, hadisə ilə bağlı 8 nəfərin həbs edildiyi açıqlanıb.
Qeyd edək ki, Liviya Şimali Afrikadan Avropaya qeyri-qanuni yollarla keçmək istəyən miqrantların ən çox istifadə etdiyi marşrutlardan biri hesab olunur.
İqbal Rzayev,
KONKRET.az
