Lukaşenko: “Həm azərbaycanlılar, həm də ermənilər doğmadırlar”backend

Lukaşenko: "Həm azərbaycanlılar, həm də ermənilər doğmadırlar”

“Ermənistanla Azərbaycan arasında münaqişənin həlli hər iki tərəf üçün faydalı olmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu iyunun 8-də Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin təhlükəsizlik şuralarının katibləri ilə görüşündə deyib.

“Həm azərbaycanlılar, həm də ermənilər doğmadırlar. Onlar elə bil bir əldə iki barmaq kimidirlər”, – deyə Aleksandr Lukaşenko qeyd edib.

Prezident bildirib ki, əvvəlki illərdə o, tərəflər arasında münaqişənin həlli üçün çoxlu səylər sərf edib, Ermənistan və Azərbaycan liderləri arasında qarşılıqlı əlaqə yaratmağa çalışıb.

“İndi hər şey daha da mürəkkəbləşib. Bu vəziyyəti qaydaya salmaq lazımdır. Belə olan halda, təbii ki, mən Nikol Vovayeviçi (Ermənistanın baş naziri Paşinyan) dəstəkləyirəm, bütün bu çatışmazlıqların bu hökumətin, onun üzərinə düşdüyünü anlayıram. Ona görə də o, səbr və cəhdlə məsələnin həllini tapmağa çalışsın ki, bu, həm Ermənistan, həm də Azərbaycan üçün faydalı olsun”, – deyə dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, KTMT ölkələrinin təhlükəsizlik şuralarının katibləri də öz təkliflərini verməlidirlər, çünki onlar bu vəziyyətdə kənar müşahidəçi deyillər. “Siz bizim müdafiə və təhlükəsizlik məsələləri üzrə əsas köməkçilərimizsiniz”.

Belarus 2023-cü ildə KTMT-yə sədrlik edəcək. Aleksandr Lukaşenko bildirib ki, ölkəsi Ermənistan və Azərbaycana mübahisələrin həllində kömək etməyə çalışacaq. Prezident vurğulayıb ki, KTMT məkanında münaqişələr, xüsusilə silahlı münaqişələr həll edilməlidir. “KTMT məkanında münaqişələrimiz olanda biz sakitcə seyr edə bilmərik. Bunlar bizim qardaşlarımızdır: biz eyni dövlətdə yaşamışıq. Ona görə də onlar həll edilməlidir”, – deyə dövlət başçısı yekunlaşdırıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*