Lukaşenko müharibəyə başlayır, yoxsa Putini aldadır? – TƏHLİLbackend

Lukaşenko müharibəyə başlayır, yoxsa Putini aldadır? - TƏHLİL

Belarus prezidenti Lukaşenko Ukrayna ilə sərhəddə yerləşən zenit-raket bölməsinə baş çəkib və burada ölkənin bütün güc strukturlarının rəhbərləri ilə operativ müşavirə keçirib. Dövlət Təhlükəsizlik Komitəsinin sədri Tertel bildirib ki, Ukrayna tərəfi zirehli texnikanı çıxarıb və canlı qüvvənin böyük hissəsi Sayman yaxınlığındakı bölgədə cəmlənib. Məlumatı hərbi kəşfiyyat rəsmiləri də təsdiqləyib.

Belarus-Ukrayna sərhədində vəziyyətin gərginliyi iyunun 20-də rəsmi Kiyevin Minskin şimaldan hücuma keçmək üçün zərbə qrupu yaratdığını elan etməsindən sonra məlum olub. Lukaşenko Ukraynaya səbrindən sui-istifadə etməməyi və ölkəsini Rusiya ilə qarışdırmamağı tövsiyə edib. “Zərbə vuracağıq”, – deyə Kiyevi hədələyib də.

Lukaşenko burada deyir ki, artıq Ukraynanın hücum təhlükəsi yoxdur, qoşunlar çıxarılmalıdır ki, onlar Kiyevi Belarusun düşmənçilik niyyətinin olmadığına inandırsınlar. Çox güman ki, o, NATO baş katibinin Ukraynanın təcavüzkara zərbə endirmək üçün özünümüdafiə hüququna malik olması barədə bəyanatından ehtiyatlanıb. Məlumata görə, Ukrayna ilə sərhəddə Belarus deyil, Rusiya hərbi qrupları cəmləşib.

Lukaşenko yaxın vaxtlarda Rusiya prezidenti Putinlə görüşəcəyini və Ukrayna ilə dialoqa başlamaq məsələsini müzakirə edəcəyini bildirib. Onun qiymətləndirməsinə görə, Kiyevdə, xüsusən də hərbçilər arasında ağıllı insanlar çoxdur. Lukaşenko qırx dərəcə istidə “döyüş işgəncədir” kimi qeyri-adi bir fikir ifadə edib. O, Putini heç olmasa müvəqqəti atəşkəs yaratmağa inandırmağa çalışacaqmı?

 

Macarıstanın baş naziri Orban belə bir təkliflə çıxış edib, lakin Rusiya prezidenti bildirib ki, atəşkəs Ukrayna qoşunlarının yenidən qruplaşmasına, doldurulmasına və əlavə silahlanmasına kömək etməyəcək. Əslində Vladimir Putin Ukrayna qoşunlarının Donbas, Xerson və Zaporojya vilayətlərini tərk etmələrini tələb edib.

Belarus prezidenti bu vəziyyətdə hansı təşəbbüs göstərir? Kiyevdə Moskvanın şərtləri ilə atəşkəs yaratmaq və siyasi danışıqlara başlamaq niyyətində olan yüksək rütbəli hərbçilər varmı, yoxsa Belarus prezidenti sadəcə olaraq Qərbə özünün mövcudluğunu xatırladır?

Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində Lukaşenko Avrasiyanın vahid-bölünməz təhlükəsizlik konsepsiyasından danışıb. Hərbi və güc strukturlarının rəhbərləri ilə görüşdə isə o, şimal-qərbdən gələn təhlükədən danışıb.

Həmin qiymətləndirmənin reallığa nə dərəcədə yaxın olduğunu söyləmək çətindir. Polşada “Ukraynalı könüllülərdən ibarət legion”un yaradıldığı barədə məlumatlar var. Minlərlə etnik belarus Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşür. Onlar ümid edirlər ki, Belarusu diktaturadan azad edə biləcəklər. Lukaşenko Putini Belarusu mümkün hücumlardan sığortalamağa inandırmağa çalışır, ya oyundan çıxmağa? Yoxsa Belarus həqiqətən də müharibənin iştirakçısı olmağa hazırlaşır və onun pasifizmi sadəcə təbliğat hiyləsidir?

Bunu zaman göstərəcək.

Tərcümə etdi: Natiq Səlim,

KONKRET.az

  • Nihat
    Sentyabr 17, 2024 - 18:10

    lukaşenko hiyləgər siyasətçidir kiyev məcburiyyət qarşısında qalıb belarusiya sərhdələrini boşaldanda minsk vaqnerlə birgə hücuma keçəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*