“Madrid və Kazan sənədlərində Kəlbəcər və Laçının Azərbaycana verilməsi nəzərdə tutulmayıb” – Qazinyanbackend

"Madrid və Kazan sənədlərində Kəlbəcər və Laçının Azərbaycana verilməsi nəzərdə tutulmayıb" - Qazinyan

“Madrid və Kazan sənədlərində Kəlbəcər və Laçının Azərbaycana təhvil verilməsi nəzərdə tutulmayıb”.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı Artur Qazinyan öz Facebook səhifəsində yazıb.

“Mülki Müqavilənin” deputatlarının nəzərinə çatdırmaq istəyirəm ki, Madrid və Kazan sənədlərində Qarabağın yekun statusu dəqiqləşənə qədər Kəlbəcər və Laçın rayonlarının Azərbaycana təhvil verilməsi nəzərdə tutulmayıb. Atəşlərin və mümkün qurbanların sayı ilə bağlı cəfəngiyyatlar ibtidai nikolizmdir, 35.000 insanın həyatını xilas etmək haqqında yalanlardır.
Oktyabrın 19-da müharibə dayandırılsaydı, qurbanların sayı ən azı 2000 nəfər az olacaq, Kəlbəcər və Laçın isə bizdə qalacaqdı”, – Qazinyan sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*