Makron prezident seçkilərində səs verdibackend

Makron prezident seçkilərində səs verdi

Fransanın hazırkı Prezidenti Emmanuel Makron prezident seçkilərinin birinci turu zamanı dənizkənarı Le-Tuke şəhərinin (ölkənin şimalında) meriyanın müvəqqəti binasında səs verib.

KONKRET.az xəbər verir ki, bu barədə BFM kanalı məlumat verib.

Dövlət başçısı xanımı Bricit Makronla ailənin bağ evinin olduğu kommunada seçki məntəqəsinə qoruyucu maskasız gedib. Onlar binanın yaxınlığında yerli sakinlərlə söhbətləşiblər. Makron seçkilərin ilk turunda iştirak edən namizədlər arasında sonuncu səs verib.

Onun əsas rəqibi olan “Milli Assosiasiya”nın namizədi Marin Le Pen Pas-de-Kalenin eyni departamentində, lakin parlamentdə təmsil olunduğu başqa kommunada – Enen Bomonda səs verib.

Qeyd edək ki, bu gün Fransada prezident seçkilərinin birinci turu keçirilir. 70 minə yaxın seçki məntəqəsi yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 10:00) açılıb, lakin məntəqələ müxtəlif vaxtlarda öz işini başa çatdıracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*