Markov: “Ermənistan tezliklə Qarabağı tərk edəcəyini anlayaraq qızılın ixracını artırıb”backend

Markov: "Ermənistan tezliklə Qarabağı tərk edəcəyini anlayaraq qızılın ixracını artırıb"

“Qarabağda vəziyyət gərginləşib”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov telegram kanalda yazıb.

“Qarabağda vəziyyət gərginləşib.

Azərbaycanın ekoloqları Şuşa rayonunda yolda piket keçirərək Ermənistan hakimiyyətindən mədənlərdən qızıl filizinin Qarabağ ərazisindən ixracını dayandırmağı tələb edirlər.

Azərbaycanda hər kəs bunu Qarabağın təbii sərvətlərinin işğalçılar tərəfindən talan edilməsi hesab edir. Ermənistan hakimiyyəti isə tezliklə Qarabağı tərk edəcəklərini anlayaraq resursların ixracını artırıb”, – deyə politoloq bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*