Marşrutlar axşam saatlarında niyə işləmir? – BNA-dan XƏBƏRDARLIQbackend

Marşrutlar axşam saatlarında niyə işləmir? - BNA-dan XƏBƏRDARLIQ

“Marşrut avtobusları üçün hansısa saata qədər işləmək barədə konkret vaxt müəyyən edilməyib. Lakin ən azından 23:30-a qədər işləməlidirlər”.

KONKRET.az xəbər verir ki, bunu hit.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

O, axşam saatlarında vaxtından tez fəaliyyətini dayandıran dispetçerlərə xəbərdarlıq edəcəklərini bildirib:

“Marşrutların qrafiki eyni deyil. İş saatı, interval sərnişin axınına görə tənzimlənir. Axşam pik saatlardan sonrakı intervallar təbii ki gündüz saatlarındakı intervalla eyni ola bilməz. Əgər gündüz saatlarında marşrutlar 5-6 dəqiqəlik intervalla işləməlidirlərsə, axşam bu interval 20-25, bəzən 30 dəqiqəyə qədər uzana bilər. Amma ümumiyyətlə işləməmələri başlıca problemdir və bununla bağlı xəbərdarlıq olunacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*