Martirosyan: “Fransa istəyir ki, Ermənistan Azərbaycanı yox, Rusiyanı düşmən elan etsin”backend

Martirosyan: "Fransa istəyir ki, Ermənistan Azərbaycanı yox, Rusiyanı düşmən elan etsin"

“Ararat Mirzoyan çox gözəl başa düşür ki, sənədin imzalanması heç bir problemi həll etməyəcək. O sənəd ona görə lazımdır ki, onlar xalqa belə mifi desinlər ki, real Ermənistanın sərhədləri beynəlxalq ictimaiyyət tərəfindən tanınıb və buna görə də bu fakt müharibənin olmayacağının qarantıdır. Lakin unudulur ki, bu gün beynəlxalq birlik fəaliyyət göstərmir”.

KONKRET.az xəbər verir ki, bu sözləri münaqişə məsələləri üzrə mütəxəssis, konflikt eksperti Artur Martirosyan deyib.

O daha sonra fikilərini belə davam etdirib:

“Paşinyana o kağız əsl sülh üçün deyil, onu xalqa satmaq üçün lazımdır. Fransa isə istəyir ki, Ermənistan Rusiyanı öz düşməni elan etsin. Ermənistanın düşməni Qərbi Azərbaycanı tələb edən Azərbaycandır, lakin fransızlar bunu xatırlamır və Azərbaycanı düşmən hesab etmir, çünki Fransa üçün düşmən Azərbaycan deyil, Rusiyadır”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

  • Haller
    Sentyabr 18, 2024 - 10:33

    Rusiya, butun beseriyyetin dusmenidir!!! Amma, hele de bu beseriyyetde onun nokerleri var!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*