Maştağada dayı qızı və bibi qızı itkin düşdübackend

Maştağada dayı qızı və bibi qızı itkin düşdü

Bakının Maştağa qəsəbəsində iki qız itkin düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Metbuat.az-a onların valideynləri məlumat verib.

Belə ki, 16 aprel axşam saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər. Onlar dayı qızı–bibi qızıdırlar.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, itkin düşmə kimi axtarışa elan edilən iki yeniyetmənin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*