Matviyenko Putinlə Zelenski arasında görüş üçün şərti açıqlayıb.
KONKRET.az-ın məlumatına görə, Federasiya Şurasının sədri Valentina Matvienko bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Volodimir Zelenski arasında görüş mümkündür, lakin yalnız iki ölkə arasında razılaşmaların ilkin hazırlanması şərtilə.
“Görüş mümkün olacaq o zaman ki, Ukrayna və Rusiya tərəfləri gündəliyi razılaşdırıb, hansısa yekun sənədi işləyib hazırlasın. Əks halda, ümid etmək olmaz ki, prezidentlər görüşəcək, danışacaq və nəticə olacaq. Nəticə yoxdursa, onda niyə bu iclaslar keçirilir?” – deyə o, CCTV-yə müsahibəsində bildirib.
“Rusiya yekun sənədlərlə belə “mahiyyətli” görüşün formatına hazırdır. Ancaq görüş də nəticə verməlidir. Belə görüşlər hazırlanır, bu, sadəcə görüş deyil, biz heç nə danışmamışıq”, – deyə Matviyenko bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
