MegaFon Beynəlxalq Mobil Operatorlar Assosiasiyasından XARİC EDİLDİbackend

MegaFon Beynəlxalq Mobil Operatorlar Assosiasiyasından XARİC EDİLDİ

MegaFon Beynəlxalq Mobil Operatorlar Assosiasiyasından xaric edilib.

KONKRET.az xəbər verir ki, şirkət qərarı qanunsuz hesab edir və statusunu bərpa etməkdə israrlı olacaq.

“Vedomosti”nin GSMA-yə göndərdiyi sorğuya cavab olaraq bildirilib ki, “MegaFon artıq GSMA-nın üzvü deyil”.

Qeyd edək ki, GSMA 1995-ci ildən fəaliyyət göstərən operatorlar və avadanlıq istehsalçılarının ən böyük beynəlxalq birliyidir. GSMA-nın ən mühüm fəaliyyəti texniki standartların işlənib hazırlanması və müəyyən edilməsidir. Məsələn, assosiasiya texnologiyaların gələcək nəsil mobil rabitə şəbəkələrinin əsasını təşkil edəcəyinə qərar verir.

Assosiasiya mindən çox şirkət və təşkilatdan ibarətdir. Rusiya şirkətlərindən Megafon-dan başqa, MTS, Beeline və Tele2 də assosiasiyanın üzvüdür.
“Beynəlxalq assosiasiyanın qərarı bizi çox təəccübləndirdi. Bu addımın heç bir hüquqi əsası yoxdur, biz statusumuzu bərpa etmək variantlarını nəzərdən keçiririk”, -deyə MegaFon nümayəndəsi Vedomosti-yə bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*