Məktəblərdə dərsliklər çatışmır? – Nazir müavinindən AÇIQLAMAbackend

Məktəblərdə dərsliklər çatışmır? - Nazir müavinindən AÇIQLAMA

“Mən deməzdim ki, məktəblərdə dərsliklər çatışmır. Təhsil Nazirliyinin dərsliklərlə bağlı xüsusi planlar var”.

KONKRET.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

Onun sözlərinə görə, yararsız vəziyyətə düşən düşən dərsliklər qanunvericiliyə əsasən, 3-4 ildən sonra yenilənir: “Bu istiqamətdə işlər daim davam edir”.

O qeyd edib ki, çap olunan dərsliklər şagird sayı nəzərə alınaraq tirajlanır:

“Dərsliklərin hazırlanması ciddi prosesdir. Çünki vəsaitlərin hazırlanması üçün mütəxəssislərin rəyi nəzərə alınmalıdır. Prosesdə həm ali təhsil müəssisəsi, həm Dövlət İmtahan Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası iştirak edir. Hər bir fənnə aid dərsliklərin hazırlanmasında həmin sahənin mütəxəssisləri iştirak edir və nəticədə dərslik ciddi ekspertizadan keçirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*