Məktəblini piyada keçidində maşın vurdu – Sürücü saxlanıldıbackend

Məktəblini piyada keçidində maşın vurdu - Sürücü saxlanıldı

Qubada məktəblini maşın vurub.

KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin Əliqulu Nərimanov küçəsində baş verib.

Belə ki, “Ford Fusion” markalı avtomobil piyada keçidindən yolu keçmək istəyən məktəbli, 2014-cü il təvəllüdlü Teymurov İmran Rahib oğlunu vurub.

Sürücü Muradov Kənan Rauf oğlu məktəblini Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//“Qafqazinfo”

***

APA-nın məlumatına görə, hadisəni törədən sürücü 31 yaşlı Muradov Kənan Rauf oğlu polisə təslim olub.

O, yaralını Quba rayon Mərkəzi Xəstəxanasına aparıb, daha sonra Quba Rayon Polis Şöbəsinə gələrək yol-nəqliyyat hadisəsi törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*