Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Müşfiqabad qəsəbəsində “Mercedes” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində sərnişinlər – 2006-cı il təvəllüdlü Məmmədli Rəsul Mahmud oğlu və 1991-ci il təvəllüdlü Həsənli Şəbnəm Əhməd qızı müxtəlif xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır./report/