Mərkəzi Bankın “Şərurlu İsfəndiyar”a qarşı məhkəməsi başladıbackend

Mərkəzi Bankın "Şərurlu İsfəndiyar"a qarşı məhkəməsi başladı

Bakı Kommersiya Məhkəməsində Azərbaycan Mərkəzi Bankının “Çinar-Araz Firması” MMC və “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova qarşı məhkəmə iclası başlayıb.

KONKRET.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.

Qeyd: Azərbaycan Mərkəzi Bankı “Çinar-Araz Firması” MMC və İsfəndiyar Axundovu məhkəməyə verərək ipoteka müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

Xatırlatma: İsfəndiyar Axundov 2001-ci ildə yaradılmış “Şərur” MTK-nın təsisçisidir.

“Çinar-Araz Firması” MMC isə 03.01.1996 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Abdullayev Mübariz Mahmud oğlu, hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Mikayıl Əliyev, ev məhəllə 2404-dür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*