“Mən sabun bişirməyəcəyəm” – Deputat son paylaşımına görə qınandıbackend

“Mən sabun bişirməyəcəyəm” - Deputat son paylaşımına görə qınandı

Tanınmış telejurnalist Rüstəm Əbülfətoğlu millət vəkili Erkin Qədirlini tənqid edib.

KONKRET.az xəbər verir ki, telejurnalist deputatı bəzi məqamlarda qınayıb. Həmin statusu təqdim edirik.

“Əziz dostum Vusal Mammədov da hörmətli millət vəkili Erkin Qədirlinin hesabat xarakterli statusunu paylaşıb. Mən Erkin müəllimi şəxsən tanımıram. Sözsüz görünən odur ki, son dərəcə səmimi insandır. Lakin məncə ən zəif nöqtəsi elə iddiasız olmasıdır. Müəllim 1 qəzetlik statusunu bir cümlə ilə də səlist izah edə bilərdi ki, rüşvət almır, almayıb və yəqin ki, almayacaq da… Lakin başqa tərəfdən yaxşı həyat üçün mütləq rüşvət almaq lazımdırmı? Şəxsən məndə bu status bir az da vicdanla normal pul qazanan insanlara qarşı çıxış, normal yaşamaq istəyinin sanki günah olması hissini yaratdı.

Eyni zamanda cənab Qədirlinin özünün haradasa bacarıqsızlığı sualı ortaya qoyulur. Çünki Azərbaycanda rüşvət almadan da kifayət qədər yaxşı pul qazanmaq mümkündür. Sadəcə çox adam məhz REAL əziyyətə qatlanmaq istəmir. Şəxsən mən 2007 ci ildə ANS-dən gedəndə ölkədə ən çox maaş alan jurnalistlərdən biri idim-1500 manat. Amma az sonra bu əmək haqqını rahatlıqla öz əməkdaşlarıma verə bildim. Heç bir rüşvət almadan, hər kəs üçün yeni olan turizm sektorunda şəxsi biznesim sayəsində… Birdə millət vəkili nə üçün belə mövzularda fikirlərini az qala Cəbiş müəllim kimi “mən sabun bişirməyəcəm” formatında çatdırmalıdır? Sonra qaranlıq evdə oturmaq, hər şeydən özünü məhrum edərək bir növ müasir dərvişlik məncə həm də ciddi psixoloji problemdir.

Bir də özü yaxşı yaşamaq istəməyən millət vəkili vətəndaşın yaxşı yaşaması üçün necə mübarizə apara bilər?!”

  • Vidadi
    Avqust 1, 2020 - 13:49

    ANS də işləyəndə bir çağırış üçün aldığınız rüşvəti yadınıza salın. Kimsə hessbat verirsə sizə ondan nə? Bəlkə deputata rüşvətin yollarını göstərəsiz.

  • Vidadi
    Avqust 1, 2020 - 13:49

    ANS də işləyəndə bir çağırış üçün aldığınız rüşvəti yadınıza salın. Kimsə hessbat verirsə sizə ondan nə? Bəlkə deputata rüşvətin yollarını göstərəsiz.

    • Rüstəm
      Avqust 1, 2020 - 15:33

      Hər hansı bir əməkdaşla bağlı faktınız varsa açıqlaya bilərsiniz. Mən hesabata, siz isə mənə münasibət bildirirsiniz. Onda məntiqlə sizə nə ?) Biz rüşvətin yolunu bilmirik, çünki vəzifəli şəxs, məmur olmadıq. Bu yolu krçmisinizsə təcrübənizi bölüşün…

  • Omer
    Avqust 1, 2020 - 16:44

    Sizlce deputation gosterdiyi pul yaxsi yasamaga bes eleme? Onda 190 manat alanlar necep yasasin. Axi siz deyirsizki ela yasayiriq

  • məmiş
    Avqust 1, 2020 - 17:42

    bu qədər uzun sürə jurnalist olmuş şəxs qanunlardan xəbərsizdir, xüsusən də on illərdir qüvvədə olan gəlirlərin bəyan edilməsi haqqında qanundan..bunu az qala 30 ildir kim edib hər çinli məmur və vəzifəli şəxslərdən? bu örnək addım ölkəmiz üçün həddən artıq gecikmiş olsa da çox önəmli və düzgündür.

  • Mirza Rəşad Bakuvi
    Avqust 7, 2020 - 01:09

    Erkin beyin hərəkətinə münasibətinizdə qatıldığım və qatılmadığım meqamlar var. Özünəqapanması düzü yanlışdı ictimai statusd olan adam üçün, yaxşı nümunə deyil. Ancaq dövlet işinde olan adam üçün gəlirilə bağlı hesabat vermesi teqdir olunmaıidi, cehennem, hec olmasa belə bir nümunə göstərməklə dirəniş edir. Dövlətin milyardları talanib, bunu kimsə inkar edə bilməz, hec prezident də! Nəyin hesabına şəffaflığın, hesabatlılığın olmamasının hesabına. Adam xərcləri xırdalamaqda düz etməsə də, buna görə də qınanması doğru deyil. Axı biz nə axtarırıq? Rüşvət alıb büdcə dağıdan məmurlara nə zamana kimi “Fərasətli oğlandır, kişi pul qazanır” deyib başa çıxardacayıq? Siz pulu biznesinizden qazanmısız yaxşı yaşamaq amalı ilə, bu başqa mövzudu bəy! Söhbət məmur-oliqarx-deputat korpusundn gedir.

Omer üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*