Məşhur detektiv yazar vəfat etdibackend

Məşhur detektiv yazar vəfat etdi

Britaniyalı yazıçı, detektiv romanları və trillerlər müəllifi Cek Hiqqins (əsl adı Henri Patterson) 92 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb. Bildirilir ki, Hiqqins Cersidəki evində dünyasını dəyişib.

Qeyd edək ki, 1929-cu ildə Britaniyada anadan olan Hiqqins yazıçılıq karyerasına 1959-cu ildə başlayıb. O, 85 əsər yazıb, onun ən məşhur romanları arasında “Qartal qondu” və “Gecəyarısı zəngi” yer alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*