Məşhur italyan rejissor VƏFAT ETDİbackend

Məşhur italyan rejissor VƏFAT ETDİ 

İtaliyada solçu görüşü təmsil edən məşhur kinorejissor Citto Maselli 92 yaşında dünyasını dəyişib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, məlumatı Kommunist Yenidənqurma Partiyasının Baş katibi Mauritsio Acerbo açıqlayıb.

“Citto Massellinin vəfat etməsi xəbərini böyük kədər hissi ilə elan edirəm. İtalyan kinosu və mədəniyyəti bir maestronu, böyük rejissorunu itirdi”, – o deyib.

Qeyd edək ki, 9 dekabr 1930-cu ildə Romada anadan olan Citto Maselli 1949-cu ildə Milli Kino Məktəbini bitirib və rejissor köməkçisi kimi çalışıb. Daha sonra 1955-ci ildə Viskonti sayəsində 16-cı Venesiya Film Festivalında yarışan “Abandoned” filmini çəkib.

1980-ci illərdə məşhur kinorejissor “A Tale of Love” kimi filmləri ilə diqqət çəkib. Bu filmlə Valeriya Qolino 43-cü Venesiya Film Festivalında ən yaxşı qadın roluna layiq görülüb. Maselli isə eyni filmlə Münsiflər Heyətinin Böyük Mükafatını qazanıb.

Masellinin 1990-cı ildə çəkdiyi “İl Segreto” filmi 40-cı Berlin Beynəlxalq Film Festivalında nümayiş etdirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*