Moskvanın Basmannı məhkəməsi bu gün Roskomnadzorun iddiası əsasında “Novaya qazeta”nı medianın qeydiyyat şəhadətnaməsindən məhrum edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hakim Olqa Lipkina qəzetin qeydiyyatının etibarsız sayılması barədə qərarı elan edib.
Qeyd edək ki, sözügedən qəzet 2022-ci ilin mart ayından etibarən aktiv fəaliyyət göstərmirdi.
