Rusiyalı müğənni Rita Dakota övladı və sevgilisi ilə birgə dincəldiyi Bali adasında dəbdəbəli villadan qovulub.
KONKRET.az xəbər verir ki, Dakota gözlənilmədən ondan və ailəsindən villadan köçməyin tələb olunduğunu bildirib.
“Bu, 32 ildə yaşadığım ən yaxşı ev idi. Həyatımda heç vaxt özümü bu evdəki kimi rahat hiss etməmişəm” deyən Dakota göz yaşlarına boğulub.
Müğənni onu da bildirib ki, sahibləri bu villanı fransızlara kirayə veriblər.
Qeyd olunur ki, Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə ev sahibləri Dakotanı villadan çıxarmağa qərar veriblər.
Günel Mikayıl,
KONKRET.az
