Məşhur türkiyəli aktrisa rəfiqəsini 32 bıçaq zərbəsi ilə öldürdübackend

Məşhur türkiyəli aktrisa rəfiqəsini 32 bıçaq zərbəsi ilə öldürdü

“Yaşak Elma” və “Arka Sokaklar” serialındakı rolları ilə tanınan aktrisa Sevil Akdağ sosial media fenomeni olan dostu Elif Kıravı mübahisədən sonra bıçaqlayaraq öldürüb.

KONKRET.az xəbər verir ki, məşhur aktrisa daha sonra Elifin biləklərini kəsərək evdən qaçıb. Sevil rəfiqəsinə 32 bıçaq zərbəsi vurub. Aktrisa qısa müddət sonra polis tərəfindən saxlanılıb. İlkin ifadəsində Akdağ “Səbəbsiz yerə mübahisə etdik, çox sərxoş idim və nə baş verdiyini dəqiq xatırlamıram. Qorxdum və qaçdım” deyib.

Qeyd edək ki, Sevil Akdağ “Tutunamayanlar” və “Kardeşlerim” seriallarındakı rolları ilə tanınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*