Meksikada meymunlar kütləvi şəkildə ölüb.
KONKRET.az xəbər verir ki, ölkənin Tabasko əyalətində həddindən artıq isti hava meymunlara mənfi təsir göstərib.
Mayın 16-dan bəri Tabaskoda 138 meymun ölüb, ölən meymunların isə ağaclardan yıxıldığı bildirilib.
Xilas edilən meymunlardan bəzilərinin baytar həkimə aparılaraq müalicə olunduğu bildirilib.
Baytar Həkim Dr. Serxio Valenzuela günvurmada meymunların susuz qaldığını və vəziyyətlərinin ağır olduğunu bildirib.
Qeyd edək ki, mart ayından bəri Meksikada həddindən artıq istilər səbəbindən 26 nəfər ölüb.
Rəsmiyyə Şərifova,
KONKRET.az