Meyvə şirəsi əvəzinə böcək dərmanı verildi – Hadisə yerinə polislər gəldibackend

Meyvə şirəsi əvəzinə böcək dərmanı verildi - Hadisə yerinə polislər gəldi

Avstraliyada restorana gedən ailəyə meyvə suyu sifariş edərkən pestisidlər verilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliyada bir ailə nahar üçün italyan restoranına gedib. Ailəyə içki kimi meyvə şirəsi təklif edilib, lakin onlar içkinin dadına baxanda bunun çox qəribə dad olduğunu anlayıblar. Onlardan biri içkinin dadının onların tanıdıqları heç bir meyvə şirəsindən fərqli olduğunu bildirərək narahat olmağa başlayıb.

Ailə içkinin tərkibində pestisid ola biləcəyindən şübhələnərək vəziyyəti dərhal səlahiyyətlilərə çatdırıb. Hadisə yerinə tibb qrupları və polis gələrək araşdırma aparıb.

İlkin araşdırmalar müəyyən edib ki, içkinin tərkibində həqiqətən də pestisidlər var.

Hadisədən sonra xəstəxanaya çatdırılan ailə üzvlərinə tibbi yardım göstərilib, xəstəxanada verilən açıqlamalara görə, vaxtında edilən müdaxilə nəticəsində onların səhhətində ciddi problem olmayıb.

Restoran rəsmiləri hadisədən dərin kədərləndiklərini bildiriərək məsələ ilə bağlı ətraflı araşdırma aparacaqlarına söz veriblər.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*