backend

Millət vəkilindən hərbçilərimizlə bağlı TƏKLİF

“Hərbçilərin və polisin ictimai nəqliyyatdan istifadəsi pulsuz olmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu Parlamentin bugünkü iclasında “Hərbi qulluqçuların statusu haqqında” Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Aqil Abbas deyib.

Deputat bildirib ki, qardaş Türkiyədə hərbçi pensiyaya çıxandan, yaxud işindən ayrılandan sonra xəstəxanadan pulsuz istifadə edir:

“Bizdə də belə olmalıdır. Hələ ki, bizdə icbari tibbi sığorta tətbiq edilmir. Daxili İşlər Nazirliyində bu məsələ öz həllini tapıb. İşindən ayrılan işçilər də Daxili İşlər Nazirliyinin hospitalından istifadə edə bilir. Hərbçilər üçün də belə olmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*