Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.
KONKRET.az xəbər verir ki, bu barədə parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.
***
11:03
Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başlayıb.
KONKRET.az xəbər verir ki, toplantını parlamentin sədri Sahibə Qafarova açıq elan edib.
Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
İclasın gündəliyinə 1 məsələ daxil edilib. Bu, Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələdir.
