Millimizin ilin son oyunları üçün heyəti açıqlandı – SİYAHIbackend

Millimizin ilin son oyunları üçün heyəti açıqlandı - SİYAHI

Azərbaycan millisinin UEFA Millətlər Liqasının növbəti iki və bir yoldaşlıq oyunu üçün heyəti açıqlanıb.

AFFA-nın saytının məlumatına görə, baş məşqçi Canni de Byazi qarşıdakı üç görüşə çağıracağı futbolçuları müəyyənləşdirib.

Noyabrın 11-də Sloveniyaya qarşı yoldaşlıq görüşü, üç gün sonra Monteneqro, ayın 17-də isə Lüksemburqla Millətlər Liqası matçlarına 29 oyunçu dəvət olunub.

Geniş heyətə üç yeni futbolçu cəlb olunub. Bunlar müdafiəçi Mert Çelik, “Sumqayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfov və “Qarabağ”ın hücumçusu Musa Qurbanlıdır.

Qeyd edək ki, millimiz noyabrın 8-də təlim-məşq toplanışına başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*