Amerikalı sahibkar İlon Mask ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyasına dəstək məqsədilə 43 milyon dollardan çox ianə edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Bundan əlavə, biznesmen Senatın Respublikaçılar Partiyasının siyasi fəaliyyət komitəsinə 10 milyon dollar xərcləyib.
Mask üç ay ərzində Trampın seçki kampaniyasına dəstək olaraq siyasi komitəyə təxminən 75 milyon dollar bağışlayıb.
Məlik,
KONKRET.az