Minaya düşən ANAMA əməkdaşının görüntüləri yayıldı – YENİLƏNİB – VİDEObackend

Minaya düşən ANAMA əməkdaşının görüntüləri yayıldı - YENİLƏNİB - VİDEO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) minaya düşən əməkdaşı Fərid Əliyevin görüntüləri yayılıb.

KONKRET.az xəbər verir ki, F.Əliyev Ağdamın işğaldan azad olunan ərazisində yeni çəkiləcək yolu minalardan təmizləyən zaman partlayış baş verib, nəticədə istehkamçı müxtəlif dərəcəli xəsarətlər alıb.

***

10:26
Avqustun 6-da saat 09 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş Prokurorluqdan KONKRET.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

***

 09:48
ANAMA-nın əməkdaşı minaya düşüb.

KONKRET.az-ın Trend-ə istinadən xəbərinə görə, hadisə Ağdamın işğaldan azad olunan Uzun Dərə adlı ərazisində baş verib.

Ağdama çəkiləcək yeni yolu minalardan təmizləyən Fərid Əliyev adlı minatəmizləyən aldığı müxtəlif yaralarla xəstəxanaya aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*