Mingəçevirdə “BMW” işıq dirəyinə çırpıldıbackend

Mingəçevirdə "BMW" işıq dirəyinə çırpıldı

İdarəetmədən çıxan minik avtomobili əvvəl işıq dirəyinə çırpılıb, daha sonra isə yaşıllıq zolağına girərək ağacları məhv edib.

KONKRET.az-ın  məlumatına görə, hadisə Mingəçevirin Heydər Əliyev prospektində, Sənaye Parkının yaxınlığında baş verib.

Belə ki, İdarəetmədən çıxan “BMW” markalı avtomobil işıq dirəyinə çırpılaraq onu yararsız vəziyyətə salıb. Daha sonra yaşıllıq zolağına girərək bir neçə ağacı məhv edib.

Avtomobilə ciddi ziyan dəysə də, xoşbəxtlikdən sürücü xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*