Mingəçevir şəhərində ikimərtəbəli obyektdə yanğın baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilir ki, Mingəçevir şəhərində ümimi sahəsi 400 m² olan ikimərtəbəli (hər mərtəbəsi 200 m²) obyektin 1-ci mərtəbəsində ümümi sahəsi 65 m² olan anbarda rəflər üzərinə yığılan kassa lenti ilə dolu taralar, bitişik ümumi sahəsi 24 m² olan dəmir barmaqlıqlar arasında 14 ədəd terminal aparatı, 4 ədəd avtomobil şini və yaxınlığlnda 5 m² sahədə məişət tullantıları yanıb.
Anbarın qalan hissəsi və içərisində olan avadanlıqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
KONKRET.az