Qubada baş verən qəzəda iki nəfər ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora” markalı nəqliyyat vasitəsinin ağaca çırpılması nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
19:25
Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, “Lada Priora” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə avtomobildə olan 5 nəfər ağır xəsarətlər alıb. Onlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.//Apa