“Minimum əməkhaqqı ilə bağlı qərar olmadığından maaşların nə qədər artırılacağını demək mümkün deyil” – AÇIQLAMAbackend

“Minimum əməkhaqqı ilə bağlı qərar olmadığından maaşların nə qədər artırılacağını demək mümkün deyil” - AÇIQLAMA

Hər il yeni ildən sonra maaş və pensiyaların artımı, eləcə də inflyasiya həddi haqqında qərarlar elan edilir. Artıq  yanvar ayının 3-ü olmasına baxmayaraq, statistic rəqəmlərin açıqlanmaması insanlarda müəyyən narahatlıqların yaranmasına səbəb olub. Bəs görəsən bunun səbəbi nədir? Qərar nə zaman veriləcək? İnflyasiya hansı həddə olacaq?

Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu il Azərbaycanda inflyasiya göstəriciləri və qiymət artımı 2015-2016-cı illərdən bəri ən yüksək həddə olub: “Bu, həm dünyadan, həm də Azərbaycandan qaynaqlanan problemlərlə bağlıdır. Dünyada inflyasiya yüksək həddə olub, Azərbaycanda isə ərzaq məhsullarının ən yaxşı halda 25 faizi, dərman məhsullarının isə cəmi 4-5 faizi ölkədə istehsal olunur. Bura əsasən tibbi ləvazimatlar daxildir. Dərman vasitələrinin 95 faizi isə xaricdən idxal olunur. Belə ciddi asılılığın təsiri də inflyasiyannın yükəsk olmasına gətirib çıxarır. Eyni zamanda hökumət inflyasiyanı cilovlamaq üçün ƏDV-nin və gömrük rüsumlarının azaldılması ilə bağlı təkliflər səsləndirsə də, bu istiqamətdə əməli addımlar atılmadı. Bu da inflyasiyanın yüksək olmasını şərtləndirən amillərdən birinə çevrildi”.

Natiq Cəfərli seçkidə atasının etdiklərinə görə ondan küsüb - VİDEO

Natiq Cəfərli əlavə edib ki, 2023-cü il üçün proqnozlar dünyada inflyasiyanın səngiyəcəyini deməyə əsas verir: “Həm ABŞ-ın, həm də digər Qərb dövlətlərinin Mərkəzi Bankları inflyasiyanı cilovlamaq üçün ciddi fazi artımına gedirlər. Bunun təsirləri olmalıdır. Amma Azərbaycanın spesifik problemlərini nəzərə alsaq, təəssüf ki, bu il də inflyasiyanın yüksək olacağını proqnozlaşdıra bilərik. Ən azı ərzaq inflyasiyası yenə ikirəqəmli həddə ola bilər. Bu il ümumi inflyasiya 14 faiz, ərzaq inflyasiyası isə 21 faiz təşkil edib. 2023-cü ildə ərzaq inflyasiyasının ən azı 10 faizdən çox olacağı proqnozlaşdırılır. Bu da daxili problemlərlə əlaqədardır”.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, statistik məlumatlar adətən ayın 10-15-i arası açıqlanır: “Hökumət statistik məlumatları şirkətlərdən, bazarlardan, müəssisələrdən toplayır. Bundan sonra məlumatlar ümumiləşdirilir, yoxlanılır və təqdim edilir. Hazırda bütün müəssisələr yeni illə bağlı məzuniyyətdə olduğundan məlumatları təqdim edə bilmirlər. İnflyasiya ilə bağlı məsələyə gəlincə, ötən il üçün 14-15 faiz arası proqnozlaşdırılıb. Son ayların rəqəmləri əsasında bunu deyə bilərik. Minimum əmək haqqı artımı ilə bağlı isə qərara rast gəlməmişik. Ona görə də, maaşların nə qədər artırılacağını demək mümkün deyil. Özəl sektor bunu özü müəyyənləşdirir. Amma hökumət minimum əməkhaqqını qaldırmaq və tənzimləməklə özəl sektora işarə edir. Hazırda minimum əməkhaqqı barədə qanun dəyişdirilmədiyinə görə, bu haqda fikir söyləmək çətindir”.

Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"

“Pensiyalara gəlincə, bu, indeksləşdirmə ilə tənzimlənir. Bütün pensiyalar yanvarın 1-dən indeksləşdiriləcək. Yəni statistik məlumatların gec açıqlanmasının məsələyə heç bir aidiyyatı yoxdur. İndeksləşdirmə isə orta aylıq əməkhaqqının dəyişməsinə əsaslanacaq. Orta aylıq əməkhaqqı isə 14,5-15 faiz arası dəyişib. Bu, Oktyabr-noyabr aylarının statistik məlumatlarıdır. Amma son rəqəmi biz yanvarın ortaları biləcəyik”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*