Misir Prezidenti Azərbaycana GƏLƏCƏKbackend

Misir Prezidenti Azərbaycana GƏLƏCƏK

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycana səfər edəcək.

KONKRET.az xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası səbəbindən səfər təxirə salınmışdı.

Səfir əlavə edib ki, Əbdülfəttah əs-Sisinin Bakıya səfərinə hazırlıq məqsədilə Misir xarici işlər naziri Sameh Şükrü Bakıya gələcək. Lakin diplomat Misir Prezidentinin Bakıya səfərinin dəqiq tarixini açıqlamayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*