Misirdə 16 metrlik papirus TAPILDIbackend

Misirdə 16 metrlik papirus TAPILDI

Qahirənin 25 kilometrliyində yerləşən qədim Misir Saqqara nekropolunda arxeoloqlar “Ölülər Kitabı”nın mətnləri olan 16 metrlik papirus aşkar ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Egypt İndependent” məlumat yayıb.

Bildirilib ki, arxeoloqlar yüz ildir ki, belə tam mətnlər tapmayıblar.

Artefakt Qədim Əsərlər Ali Şurasının baş katibi Mostafa Vəzirinin şərəfinə “Papirus Vəziri” adlandırılıb.

Məlumata görə, papirus Misir Muzeyində bərpa olunub və tezliklə nümayiş etdiriləcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*