“Miss & Mister Azerbaijan” müsabiqəsinin baş koordinatoru: “Nurlananı gözü götürməyən insanlar var…”backend

“Miss & Mister Azerbaijan” müsabiqəsinin baş koordinatoru: “Nurlananı gözü götürməyən insanlar var...

“Biz hər il davamlı olaraq eyni reaksiya ilə qarşılaşırıq. Keçən il də belə idi, bu il də. Bizi üzakirə edib rəy bildirənlərin heç biri gəlib zalda əyləşib nə Nurlana Vəliyevanın, nə də İsa Ələkbərovun çıxışlarını izləyiblər. Bu insanlar digər iştirakçılara baxmayıblar, müqayisə etməyiblər, səhnə mədəniyyətlərini, podium çıxışlarını, onların təqdimatlarını, performanslarını görməyiblər. Sadəcə, 1-2 şəkilə baxıb özlərini “gözəllik eksperti” hesab edib, başlayıblar deməyə ki, yox, bu qız gözəl deyil, bu oğlan yaraşıqlı deyil və xoşagəlməz şeylər yazırlar”.

KONKRET.az xəbər verir ki, bunu Pravda.az-a “Miss & Mister Azerbaijan” Milli gözəllik müsabiqəsinin baş koordinatoru və xoreoqrafı Ayla Maarifqızı deyib.

“Nurlananı gözü götürməyən insanlar da var, onun yeniyetmə yaşlarında olduğu arxiv şəkillərini çıxarıblar üzə ki, belə bir xanımı gözəl seçiblər. Onun indiki görünüşü ilə yeniyetməlik dönəmindəki görünüşünü müqayisə etmək olmaz axı, bu, düzgün deyil. O ki, qaldı estetik əməliyyatlara və silikon məsələlərinə, xanım özü deyir ki, “burnumu əməliyyat etdirmişəm, çünki müəyyən problem vardı”. İndi hər iki qızdan biri bunu edir. Buna da səbəb göstərərək deyirlər ki, o silikon gözəlidir. Onun heç silikonu yoxdur .

Ümumiyyətlə, Nurlananın bədənində heç bir əməliyyat yoxdur. Hardadır onun silikonu? Nurlana özü idmançıdır, gözəldir və peşəkar modeldir. Necə olur bütün brendlər onunla çalışmaq istəyir, moda həftələrində Nurlana podiumlarda olur, amma bizim insanlara gəldikdə “xanım gözəl deyil” deyirlər. Münsiflər heyəti gələnlərin arasından seçir gözəli. Kim gəlmişdisə, həmin xanımların arasından seçim edilib. Deyirlər, daha gözəlləri var. Göndərsinlər daha gözəllərini, 300 nəfər gəlsin, onların arasından seçək daha gözəlini.

Biz tədbiri təşkil etdikdə mediaya bildirirdik ki, seçim Bakı Gənclər Mərkəzində baş tutacaq və giriş də sərbəst olacaq. Tədbiri təşkil etdikdə yalnız bizimlə informasiya dəstəyi olan saytlardan nümayəndələr gəlmişdi. Axı orada mətbuatdan insanlar olmalıdır ki, görsünlər, proses necə olur, necə seçim gedir… Biz bu il girişi tamamilə sərbəst etmişdik. Bilet satışı, kommersiya məsələləri güdmədən giriş pulsuz idi. O rəyləri yazan insanlar  niyə gəlməmişdilər ki? Nə bilet pulu vardı, nə də başqa bir şey. Sərbəst şəkildə gəlib, baxa bilərdilər. Əminəm ki, onlar orada bütün çıxışları izləsəydilər və Nurlananın necə peşəkar model olduğunu görsəydilər, digər məqamlara da diqqət yetirsəydilər, sonda “Miss və Mister Azərbaycan”la bağlı deyəcəkdilər ki, çox düzgün qərar verilib” – A.Marifqızı bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*