MİT PKK liderlərindən birini məhv etdibackend

MİT PKK liderlərindən birini məhv etdi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK terror qruplaşmasının qollarından biri olan KCK İdarə Heyətinin üzvü Dalokay Şanlı məhv edilib.

KONKRET.az xəbər verir ki, Sinan Mirhan kod adlı terrorçu “İnterpol” xətti ilə beynəlxalq axtarışda olub.

Türkiyənin xüsusi xidmət orqanları uzun müddət imiş D.Şanlının Avropadakı fəaliyyətini yaxından izləyirmiş. Kəşfiyyat qurumu onun silahlı əməliyyatları idarə etmək üçün İraqın şimalındakı Qara bölgəsinə gəldiyini müəyyənləşdirib.

MİT öz məxfi agentləri vasitəsilə D.Şanlının Türkiyənin böyük şəhərlərində kamikadze partlayışları və strateji obyektlərdə sobataj aktları planlaşdırdığına dair məlumat alıb. Bundan sonra onun terror qruplaşmasının əməkdaşları ilə toplantı keçirmək üçün yola çıxdığı müəyyənləşdirilib və terrorçunun məhv edilməsi üçün xüsusi əməliyyat başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*