Mixail Qorbaçov: “Rusiya Baydenə bunu təklif etməlidir”backend

Mixail Qorbaçov: “Rusiya Baydenə bunu təklif etməlidir”

Rusiya Co Baydenin hakimiyyətə gəlişi ilə ölkənin Cenevrədə SSRİ-ABŞ sammitinin yekunları ilə bağlı bəyanatda təsbit edilmiş nüvə müharibəsinin yolverilməzliyi formulunu təsdiq etməsi üçün təklifini yeniləməlidir.

KONKRET.az xəbər verir ki, keçmiş SSRİ lideri Mixail Qorbaçov “RİA Novosti”yə müsahibəsində belə deyib.

Onun sözlərinə görə, 1985-ci ildə ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın iştirakı ilə baş tutan Cenevrə görüşünün nəticələri hələ də aktualdır.

“Reyqan birgə bəyanatda qeyd edib ki, nüvə müharibəsi yolverilməzdir, orada qalib ola bilməz, tərəflər hərbi üstünlük əldə etməyə çalışmayacaqlar. Yeri gəlmişkən, Rusiya bu yaxınlarda amerikalılara bu formulu təsdiq etməyi təklif etmişdi. İndi yeni administrasiya gəlir və bu təklifi yeniləmək lazımdır”, – Qorbaçov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*