“Moldova neytral dövlət statusunu saxlamaq niyyətindədir” – Nataliya Qavrilitsabackend

“Moldova neytral dövlət statusunu saxlamaq niyyətindədir” - Nataliya Qavrilitsa

Moldovanın baş naziri Nataliya Qavrilitsa ölkəsinin neytral dövlət statusunu saxlamaq niyyətində olduğunu bildirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, baş nazir İsveç və Finlandiyanın NATO-ya üzv olmaq qərarından sonra ölkənin bitərəf qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırarkən deyib: “Moldovanın neytrallığı Konstitusiyada təsbit olunub və əhali tərəfindən geniş dəstək alır”.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, təşkilat İsveç və Finlandiyanın alyansa daxil edilməsi məsələsinin ən qısa zamanda həllini təmin etmək niyyətindədir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*