Monteneqro Telman İsmayılova siyasi sığınacaq verdibackend

Monteneqro Telman İsmayılova siyasi sığınacaq verdi

Telman İsmayılova Monteneqrodan sığınacaq verilib.

KONKRET.az xəbər verir ki, bu barədə onun vəkili məlumat verib. Bundan əvvəl Rusiya Baş Prokurorluğu Monteneqrolu həmkarlarına oliqarxın Rusiya hüquq-mühafizə orqanlarına təhvil verilməsi ilə bağlı sorğu göndərmişdi.

Monteneqro Telman İsmayılovu Rusiyaya təhvil verməyib. O, artıq istintaq təcridxanasından buraxılıb.

“Çerkizovski” bazarının keçmiş direktoru Telman İsmayılov oktyabrın 1-də Rusiyanın axtarış qərarı ilə Podqoritsada saxlanılıb.

Rusiyanın ən varlı iş adamları reytinqinə daxil olan İsmayılov 2009-cu ildə hüquq-mühafizə orqanlarının Çerkizovski bazarının fəaliyyətinə qarşı irimiqyaslı iddiaları ilə üzləşib.

O, 2017-ci ildən iki iş adamının qətlini təşkil etməkdə qiyabi ittiham olunduqdan sonra beynəlxalq axtarışa verilib.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*