Moskva ilə Bəyannamə imzalayan Bakının Qarabağla bağlı əsas istəyi nə olub? – Əliyev Putinə ilk dəfə dedibackend

Moskva ilə Bəyannamə imzalayan Bakının Qarabağla bağlı əsas istəyi nə olub? - Əliyev Putinə ilk dəfə dedi

“Ermənistan tərəfinin 10 noyabr bəyannaməsinin bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması bəndini yerinə yetirəcəyini gözləyirik”. Bu fikiri İlham Əliyev Putinlə mətbuat konfransında çıxışı zamanı bildirdi.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini səsləndirən siyasi şərhçi Asif Nərimanlı  bildirib ki, Azərbaycan Prezidenti müharibədən sonra bunu Moskvada Putinlə görüşlərdə ilk dəfə açıq mətnlə səsləndirdi və bu onu deməyə əsas verir ki:

– Moskva ilə müttəfiqlik sənədini imzalayan Bakının Qarabağla bağlı əsas istəklərindən biri bu olub;

– Əliyev-Putin görüşündə məsələ müzakirə edilib, böyük ehtimalla razılaşdırılıb;

Mövcud situasiyada Putinin Bakının istəyinə uyğun razılaşmaların icrasında irəliləyiş əldə edilməsi qərarına gəlməsi ehtimalı da güclüdür. Putin Əliyevlə görüşdən bir gün öncə Paşinyanla danışmışdı və mətbuat konfransında “…dünən Ermənistanın baş naziri ilə mənim telefon danışığım olub. Azərbaycan, Ermənistan və Rusiyanın Qarabağ üzrə ali səviyyədə nail olunan bütün üçtərəfli razılaşmalarının tam həcmdə icrasının vacibliyi təsdiq edilib” fikirlərini səsləndirdi”.

Asif Nərimanlı » Qaynarinfo.az

Asif Nərimanlının sözlərinə görə, Əliyevlə Putin Moskvada sənəd imzalayarkən Paşinyanın Təhlükəsizlik Şurasının iclasını keçirməsi bu kontekstdə diqqət çəkir:  “Mümkündür ki, 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasını yaxın dövrdə görə bilək və bu, Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsi istiqamətində addımlardan biri olacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*