Moskvada yəhudi iş adamlarına məxsus bazarda HƏYƏCANLI ANLAR – Mühasirəyə ALINDIbackend

Moskvada yəhudi iş adamlarına məxsus bazarda HƏYƏCANLI ANLAR - Mühasirəyə ALINDI

Moskvanın cənub-şərqindəki “Sadovod” bazarının ərazisində Böyük Vətən Müharibəsi illərinə aid minaatan mərmisi tapılıb, əraziyə istehkamçılar cəlb olunub.

KONKRET.az xəbər verir ki, bu barədə paytaxtın fövqəladə hallar xidmətinin nümayəndəsi RİA Novosti-yə bildirib.

“Moskva Dairəvi yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” bazarında müharibə illərinə aid minaatan mərmisi tapılıb. Sursatın tapıldığı yer mühasirəyə alınıb, istehkamçılar cəlb olunub”, – mənbə bildirib.

Xatırladaq ki, “Sadovod” bazarı Qod Nisanov və Zarax İliyevə məxsus “Kiyevskaya ploşçad” şirkətinə məxsusdur. O, Moskva Dairəvi Yolunda yerləşir və Rusiyanın ən böyük topdan və pərakəndə ticarət mərkəzi sayılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*