“Moskviç” ilin sonuna iki yeni model BURAXACAQbackend

Moskviç” ilin sonuna iki yeni model BURAXACAQ

Moskviç” ilin sonunda SUV və sedan seqmentlərində iki yeni model buraxmağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə TASS-a “KAMAZ” ASC-nin baş direktoru Sergey Koqoqin bildirib.

Qeyd edək ki, bir müddət öncə “Moskviç” avtomobil zavodu işini bərpa edib. “Moskviç 3” yeni şəhər krossoverinin seriyalı istehsalına başlanılıb.

Xatırladaq ki, Fransanın “Renault” şirkəti 1998-ci ildən Moskva Avtomobil Zavodunun sahibidir. 2022-ci ilin mart ayında şirkət müəssisəni bağladığını və Rusiya bazarını tərk etdiyini açıqlayıb. Bundan sonra “Renault Russia” Moskva hökumətinin mülkiyyətinə keçib və adı dəyişdirilərək “Moskviç Avtomobil Zavodu” ASC adlandırılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*